Yunanıstan Fransadan daha 6 qırıcı alırbackend

Yunanıstan Fransadan daha 6 qırıcı alır

Yunanıstan Fransadan daha 6 ədəd döyüş təyyarəsi almağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli məlumat verib.

Bununla da Afinaya milyardlarla avroya satılan Fransa istehsalı qırıcıların sayı 24-ə çatıb.

Yunanıstan Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən “Rafake” adlı döyüş təyyarələrini satın alan ilk Avropa ölkəsidir. Yanvar ayında rəsmi Afina Türkiyə ilə artan gərginlik fonunda 2.5 milyard avroya 12-si ikinci əl olmaqla 18 təyyarə aldığını açıqlamışdı.

Fransa Aİ qonşularına döyüş təyyarələri satmağa çətinlik çəkir. Aİ ölkələri əsasən ABŞ istehsalı təyyarələrə üstünlük verir. Qətər, Misir və Hindistan da bu təyyarələrdən istifadə edir./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*