Yunanıstan Ukraynaya 40 ədəd PDM göndərəcəkbackend

Yunanıstan Ukraynaya 40 ədəd PDM göndərəcək

Yunanıstan Ukraynaya 40 ədəd “PDM-1” tipli piyadaların döyüş maşını (PDM) göndərəcək və bunun müqabilində eyni sayda Almaniya “Marder”i alacaq.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qurumun məlumatına görə, Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos və Almaniyanın müdafiə naziri Kristine Lambrext Ukraynanın müdafiəsini dəstəkləmək məqsədilə 40 ədəd “BMP-1” zirehli maşının tədarükü, əvəzində 40 ədəd “Marder” zirehli döyüş maşını alacağı ilə bağlı razılığa gəliblər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*