“Yuventus”un prezidenti istintaqa cəlb olundubackend

"Yuventus"un prezidenti istintaqa cəlb olundu

İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved istintaqa cəlb olunub.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hər iki şəxs 50 milyon avro məbləğində saxta maliyyə hesabatları hazırlamaqda şübhəli bilinir.

Anyelli və Nedveddən başqa Turin təmsilçisinin keçmiş idman direktoru Fabio Paratiçi və Kommersiya departementinin 3 əməkdaşı da istintaq altındadır. İstintaq son üç mövsümün maliyyə hesabatlarına aiddir.

Məsələ ilə bağlı “qoca sinyora”nın Turin və Milandakı ofislərində axtarışlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*