Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.
Belə ki, sürücünün idarəetməni itirməsi səbəbindən “Toyota Land Cruiser” markalı avtomobil dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
