Zaqatalada 15 otaqlı ev yandıbackend

Zaqatalada 15 otaqlı ev yandı

Zaqatalada ikimərtəbəli 15 otaqdan ibarət fərdi yaşayış evi yanıb.

KONKRET.az-ın məlumatına görə, bu gün günorta saatlarında rayon Muğanlı kəndində kənd sakini İbrahim Həsən oğlu İbrahimova məxsus, ümumi sahəsi 480 kv.m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*