Zare Sinanyan: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı saxlanılır”backend

Zare Sinanyan: "Bakıda yüzdən çox Ermənistan vətəndaşı saxlanılır"

“Azərbaycan yüzdən çox Ermənistan vətəndaşını saxlayır və bu məsələnin həllində gecikmə İrəvanla Bakı arasında dialoqun başlanmasını təxirə salır”.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibədə Ermənistanın diaspor məsələləri üzrə baş komissarı Zare Sinanyan bildirib.

Onun sözlərinə görə 24 fevral – 2 mart tarixlərində Rusiyaya səfəri zamanı Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə təmaslarda bu mövzunu müzakirə edib.

“Bizim üçün ən vacib mövzu erməni əsir və məhbusların Azərbaycandan qayıtmasıdır. Həm də Rusiya Xarici İşlər Nazirliyindəki bir yığıncaqda bu məsələni müzakirə etdim … Bilirəm ki, yüzdən çox erməni əsiri var Bakıda, amma konkret bir rəqəmim yoxdur. Buna görə də dialoq aparırıq, çünki biz də neçə nəfərin Azərbaycan əsirliyində olduğunu öyrənmək istəyirik, onlar da (Bakı – red.) Bunu daha yaxşı bilirlər. Döyüş əməliyyatları ilə əlaqədar olaraq Azərbaycanda olduqlarını bildiyimiz şəxslərin və itkin düşənlərin siyahısının olduğu aydındır. Və bu vəziyyətdə rəqəmlər daim dəyişir”, deyə Sinanyan qeyd edib.

Onun sözlərinə görə, İrəvan ümid edir ki, Moskva bu məsələnin həllinə öz töhfəsini verəcəkdir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Bakının bütün hərbi əsirləri İrəvana təhvil verdiyini açıqlayıb və qalan girovları “təxribatçı” adlandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*