Zaur verilişini bağlayır: “Vaxtıdır”backend

Zaur verilişini bağlayır: “Vaxtıdır

Aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişini bağlamaq istəyir.

KONKRET.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə özü danışıb.

Zaur bildirib ki, artıq proqrama aparıcılıq etmək istəmir:

“İnsanlar düşünür ki, Yeni il zarafatıdır. Əgər Günay istəsə, Dilavər və Davudla davam etsin. Əsla zarafat deyil. Tam məsuliyyətimlə deyirəm, istəmirəm. Gəldik, gözəllikləri insanlara saçdıq. İndi zamanıdır. Hətta “Bizimləsən” haqqında da düşünürəm”.

Günayın “Belə etmə, nə qədər əziyyət çəkmişik. İlk biz etdik. Sırf real ailənin öz evində apardığı veriliş yoxdur. Ya səninlə davam, ya da sənsiz yox” sözlərinə Zaur “Onda yox” cavabını verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*