Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı AÇIQLAMAbackend

Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Bakıdakı bəyanatlara cavab verib.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlı diaspor üzvlərinin insanlıqdan kənar həbs və qətlləri ilə bağlı Bakının iddialarına münasibət bildirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, əvvəllər törədilmiş ağır cinayətlər üzrə aparılan istintaq çərçivəsində Rusiya hüquq-mühafizə orqanları Rusiyanın vətəndaşı olan və Azərbaycandan çıxmış şübhəlilərin yaşadıqları ünvanlarda həbs və axtarışlar həyata keçirib.

28 iyun tarixində Azərbaycandakı Rusiya Federasiyasının müvəqqəti işlər vəkili P.S. Volokov Azərbaycan tərəfinə lazımi izahatları verərək vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu təsdiqləyib. İstintaq tədbirləri davam edir və daha ətraflı məlumat daxil olduqca, onu İstintaq Komitəsi açıqlayacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*