Zaxarova: “Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib”backend

Zaxarova: "Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib"

“İrəvanın günahı başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın…”

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.

Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.

“Biz Ermənistan XİN-nin Rusiya işlər naziri Sergey Lavrovun dediklərinə reaksiyasını görmüşük. Bu, İrəvanın öz səhvinə görə günahını başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın…Biz görürük ki, onlarda siyasət elə bir şəkildə müəyyən olunub ki, öz uğursuzluqlarına görə günahkar kimsə tapılmalıdır. Mən, 9 noyabr 2020-ci il bəyanatının 9-cu bəndini necə səsləndiyini xatırladacam. Rusiya xarici işlər naziri Sergey Lavrov da dediklərində məhz buna istinad edib. Birbaşa sitat: “Regionda bütün nəqliyyat və iqtisadi əlaqələr blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətin təmin olunması məqsədi ilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-ının sərhəd xidməti həyata keçirir”.

Bu istiqamətdə Üçtərəfli işçi qrup çərçivəsində böyük iş görülüb. Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrlik etdikləri işçi qrup tərəfindən 12 iclas keçirilib ki, bununla da əhəmiyyətli irəliləyişlərə nail olunub. Ermənistan tərəfinin xahişi ilə dəmiryolu əlaqəsinə başlanılmasının avtomobil yolu əlaqəsinə başlanılması ilə əlaqələndirilməməsinə qərar verilib. 2023-cü ilin iyununda Moskvada keçirilən axırıncı iclasda tərəflərin öz ərazilərindən keçən marşrutlar üzərində suverenlikləri və yurisdiksiya prinsipləri təsdiqlənib, hansı ki, bunda da məhz İrəvan təkid edib. Kommunikasiyaların açılması üçün görülən böyük iş İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.

Zaxarova məlum bəyanatın o cümlədən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalandığını xatırladıb.

O, İrəvanı qərbli dostlarının fitvasına gedərək Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun işini dondurmaqda ittiham edib.

“Təəssüflər olsun ki, rəsmi İrəvan növbəti dəfə də qərbin göstərişləri ilə hərəkət edir”, deyə Rusiya XİN sözçüsü əlavə edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*