Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdırbackend

Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır

Rusiya Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasında maraqlıdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya Federasiyası üçtərəfli razılaşmaların bütün məsələləri ilə bağlı tərəflərə kömək etməyə hər zaman hazırdır.

“Xatırlatmaq istərdim ki, bu sazişlər paketinə sülh sazişindən əlavə, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması, vətəndaş cəmiyyəti vasitəsilə əlaqələrin inkişafı məsələləri də daxildir. Təbii ki, Qazaxıstan kimi qonşularımızın bu istiqamətdə səylərini də alqışlayırıq”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*