Zəif görmə ilə sükan arxasında: Kimlər sürücülük vəsiqəsi ala bilməz?backend

Zəif görmə ilə sükan arxasında: Kimlər sürücülük vəsiqəsi ala bilməz?

“Elə xəstə var ki, onun -10 nömrəsi var, amma işləyə bilər. Amma elə xəstə də var ki, -2 nömrəsi var, işləyə bilməz, qadağandır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a oftalomoloq-cərrah Sevil Nur deyib.

O qeyd edib ki, bu kimi qərarlar gözün vəziyyəti ilə bağlı verilir:

“Bu gözün vəziyyəti ilə bağlı verilə bilən bir qərardır. İdmançılarda da bu qayda belədir. Bu, göz dibi, buynuz qişası və ön seqmentlərlə əlaqədar təyin edilir. Elə xəstə var ki, onun -10 nömrəsi var, amma işləyə bilər. Amma elə xəstə də var ki, -2 nömrəsi var, işləyə bilməz, qadağandır. Yəni göz növünə uyğun olaraq qərar verilir”.

Oftalmoloq vurğulayıb ki, sürücülük vəsiqəsi şəxsin görmə qabiliyyəti faizinə əsasən verilir:

“Sürücülük vəsiqəsi isə şəxsin görmə faizinə əsasən verilir. Şəxsə sürücülük vəsiqəsinin verilib-verilməyəcəyi öncədən yoxlanılıb baxılmalıdır. Bu fərqlidir və insandan insana dəyişir. Standart bir dərəcə yoxdur. Gözün görmə faizini yaxşılaşdırmaq üçün isə əməliyyata ehtiyac olur. Xəstəyə eynək təyin olunması da məhz müayinədən sonra və gözün növünə görə müəyyən edilir”.

Xatırladaq ki, 2015-ci ildə bakıda keçirilən Avropa Olimpiadası zamanı Olimpiya şəhərciyində avtobus sürücüsü avstriyalı idmançıları vurmuşdu. Sürücü Vəli Əhmədov ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda ittiham olunurdu.

Qəza nəticəsində Avstriya yığma komandasının 3 üzvünə bədən xəsarətləri yetirilmişdir. Onlardan biri ağır yaralanaraq müalicə üçün Vyanaya çatdırılmışdı.

Sonradan “Bakubus” şirkəti sürücüsündə 10 faiz görmə qabiliyyəti olduğu üzə çıxmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*