Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin Kiyevin Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verməməsindən çox təəccüblənib .
KONKRET.az xəbər verir ki, bu barədə “New York Times”da gedən materalda deyilir. Qəzet yazır ki, Zelenski sentyabrda Vaşinqtonda ABŞ prezidenti Co Baydenin qərarından narazı qalıb . Üstəlik, Amerika lideri əvvəllər Ukraynaya Abrams tankları, F-16 qırıcıları və ATACMS raketlərini tədarükü zamanı heç bir tərəddüd etməmişdi. Amma indi Rusiyanın uzaq şəhərlərini dağıtmaq üçün ABŞ-dən istədikləri raketlər Ukraynaya verilməyib. Xatırladaq ki, Zelenski Baydendən ATACMS-dən yeddi dəfə böyük “Tomahawk” raketlərini istəyib.
Vəli Həsənoğlu,