Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-da Türkiyəyə planlaşdırılan səfərindən imtina etməyəcək – hətta Rusiya tərəfi atəşkəsə razılıq verməsə belə.
KONKRET.az xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zelenskinin əsas məqsədi diplomatik təşəbbüslərin davam etdirilməsi və münaqişənin həlli istiqamətində səylərin nümayiş etdirilməsidir.
Qeyd olunur ki, Ukrayna lideri Türkiyədə beynəlxalq tərəfdaşlarla da bir sıra mühüm görüşlər keçirəcək.
Natiq SƏLİM,
KONKRET.az