Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın atəşkəsi pozan hücumları danışıqlar günündə belə davam edir və bu hadisələr Moskvanın niyyətləri barədə çox şeyi göstərir.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Sumı şəhərində mərkəzi bazara, Dnepropetrovsk vilayətində şəhərlərə və müəssisələrə, eləcə də Zaporojye, Xerson və Donetsk bölgələrində isə məqsədli hücumlar həyata keçirilib. “Müharibə davam edir və yalnız Moskvanın bunu dayandırmaq niyyətinə dair heç bir göstərici olmadığı üçün davam edir. Danışıqlar günü də onlar öldürür. Bu çox şeyi göstərir” – deyə o vurğulayıb.
Prezident həmçinin bildirib ki, Alykaskada keçiriləcək görüşlə bağlı kəşfiyyat və diplomatlardan məlumatlar alıb və Putinin oraya nə üçün getdiyini bilir. “Hamı dürüst şəkildə müharibənin sonunu istəyir. Ukrayna maksimum məhsuldar işləməyə hazırdır. Amerikalıların mövqeyi güclü olmalıdır. Hər şey bundan asılı olacaq – ruslar amerikalıların gücünü nəzərə alırlar. Düz elə buna görə” – deyə Zelenski əlavə edib.
Natiq Səlim,
KONKRET.az