Zelenski hakimiyyətdən gedə bilər, yerinə isə… – Ukraynada seçki QALMAQALIbackend

Zelenski hakimiyyətdən gedə bilər, yerinə isə... - Ukraynada seçki QALMAQALI

2026-cı ildə Ukraynada seçkilərin keçirilməsi bir sıra siyasi və təhlükəsizlik amillərindən asılı olaraq qeyri-müəyyən olaraq qalır. Bəs, seçkilərin keçirilməsi real görünürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, 2026-cı ildə seçkilərin baş tutması üçün əsas şərt təhlükəsizlik zəmanətlərinin təmin edilməsidir.

Siyasi şərhçi Əziz Əlibəyli: “Qərbin dağıdıcı siyasəti yeni qlobal gərginlik mərhələsi yaradıb” » AzadMedia.az

“Volodimir Zelenski dəfələrlə qeyd edib ki, seçkilərin keçirilməsi yalnız ölkə üçün real təhlükəsizlik təminatları yaradıldığı halda mümkün ola bilər. Məhz bu səbəbdən fevral ayında planlaşdırılan seçkilər baş tutmayıb.

Əvvəllər Ukrayna ilə Rusiya arasında mümkün sülh razılaşması fonunda may ayına qədər səsvermənin keçirilməsi ehtimalı müzakirə olunurdu. Lakin təhlükəsizlik zəmanətlərinin əldə edilməməsi bu planların reallaşmasına imkan verməyib”.

Əziz Əlibəylinin fikrincə, davam edən müharibə regionda logistikanı ciddi şəkildə pozub və seçki məntəqələrinin təhlükəsizliyini təmin etmək çətinləşib.

“Seçkilər zamanı vətəndaşların kütləvi şəkildə səsvermə məntəqələrinə getməsi əlavə risklər yaradır və hərbi şəraitdə bu, potensial hədəfə çevrilə bilər.

Yaxın dövrdə sülh sazişi gündəmə gəlsə belə, seçkilərin dərhal eyni vaxtda keçirilməsi real görünmür”.

Onun qənaətinə görə, 2026-cı ildə Ukraynada seçkilərin keçirilib-keçirilməməsi birbaşa olaraq müharibənin gedişindən və təhlükəsizlik vəziyyətindən asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*