Zelenski jurnalistləri kababa qonaq etdi – FOTOLARbackend

Zelenski jurnalistləri kababa qonaq etdi - FOTOLAR

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.

KONKRET.az xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.

“Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə – öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur”, – Zelenski instaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*