Zelenski: “Mayın 15-də İstanbula gəl, Putin – şəxsən gözləyirəm”backend

Zelenski: “Mayın 15-də İstanbula gəl, Putin – şəxsən gözləyirəm”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün atəşkəs razılaşmasının əldə olunacağı təqdirdə, bu həftə İstanbula planlaşdırılan görüşdə Vladimir Putini şəxsən gözlədiyini bildirib.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu çağırışını özünün rəsmi açıqlamasında səsləndirib. Zelenskinin sözlərinə görə, atəşkəsin dərhal və tam şəkildə başlanması vacibdir:

“Artıq qətllərə son qoymağın vaxtıdır. Diplomatik həll üçün real zəmindən danışırıq. Biz mayın 15-dən etibarən sülhə doğru real addım atmağa hazırıq. Mən cümə axşamı İstanbulda olacağam və Rusiya prezidentini şəxsən gözləyəcəyəm.”

Zelenski həmçinin vurğulayıb ki, Rusiya tərəfi bu dəfə görüşdən yayınmaq üçün bəhanələr uydurmamalıdır: “Əgər doğrudan da sülh istəyirlərsə, üz-üzə danışmaqdan çəkinməməlidirlər.”

Xatırladaq ki, danışıqlar təşəbbüsü Türkiyə vasitəçiliyi ilə irəli sürülüb və bir çox beynəlxalq dairə bu prosesi dəstəkləyir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*