Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətlə bağlı yeni açıqlama ilə çıxış edib. O, ölkənin müdafiə qüvvələrini xüsusi olaraq qeyd edib və bu gün Ali Baş Komandan Oleksandr Sırski ilə cəbhə xəttindəki vəziyyətə dair gündəlik hesabat aldığını bildirib.
Prezidentin sözlərinə görə, Donetsk vilayətində, xüsusilə Pokrovsk istiqamətində vəziyyət son dərəcə gərgindir. Gün ərzində 100-dən çox döyüş baş verir.
KONKRET.az xəbər verir ki, Bununla yanaşı, Ukrayna ordusu Kursk və Belqorod vilayətlərində aktiv əməliyyatlar apararaq sərhəd bölgələrinin təhlükəsizliyini təmin etməyə çalışır.
“Amma biz bu döyüşləri özümüz seçməmişik. Bu – bizim torpağımızı müdafiə etməkdir. Müharibənin səbəbləri, onun davam etməsinin səbəbi – bütün cavablar Moskvadadır,” – deyə Zelenski vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, müharibənin necə bitəcəyindən dünya ictimaiyyəti və beynəlxalq birliyin mövqeyi asılıdır: “Ukrayna istənilən formatda danışıqlara hazırdır. Biz görüşlərdən çəkinmirik. Sabah – Türkiyədəyik.”
“Yaşasın Ukrayna!” – deyə Zelenski çıxışını bitirib.
Natiq Səlim,
KONKRET.az