Zelenski: “Putin blöf edir, deyir ki…”backend

Zelenski: "Putin blöf edir, deyir ki..."

Ukrayna Prezidenti Volodimir Zelenski Alyaska sammiti ərəfəsində verdiyi açıqlamalarda bir sıra mühüm məqamlara toxunub.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasına dair mövqeyi dəyişməzdir: “Biz Konstitusiyadan kənara çıxa bilmərik”. Onun sözlərinə görə, Rusiya Tramp və Putin görüşündən əvvəl bütün cəbhə istiqamətlərində hücumlarını gücləndirib və məqsəd bütün Ukraynanı işğal etməkdir.

“Putin blöf edir, deyir ki, sanksiyalar işləmir. Amma əslində bu sanksiyalar Rusiyanın hərbi iqtisadiyyatına ciddi zərbə vurur. Onların silahı və artilleriyası çox ola bilər, amma itkiləri üç dəfə çoxdur. Mən Trampa dedim ki, Putin sülh istəmir, ölkəmizin tam işğalını istəyir. Ukraynaya aid hər məsələ Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır”, – Zelenski vurğulayıb.

O, həmçinin üçtərəfli danışıqlar formatının hazırlanmasının vacibliyini, atəşkəsin isə “nömrə bir” məsələ olduğunu qeyd edib. Zelenski bəyan edib ki, Rusiyanın Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünə veto qoymaq hüququ ola bilməz: “Sülh danışıqları təzyiqlə – yəni Rusiyaya qarşı sanksiyalarla – paralel aparılmalıdır”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*