Zelenski: “Rusiya qeyri-realist şərtlər diktə etməyə çalışır”backend

Zelenski: “Rusiya qeyri-realist şərtlər diktə etməyə çalışır”

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya, İspaniya, Estoniya, Danimarka, Fransa və Finlandiya liderləri ilə telefon danışığı aparıb. Görüşlər zamanı bütün liderlər Ukraynaya həmrəy olduqlarını və müharibənin dayandırılması üçün koordinasiyalı addımların vacibliyini təsdiqləyiblər.

KONKRET.az xəbər verir ki, Zelenski danışıqlarda Rusiyanın uzunmüddətli sülhü təmin etməyəcək, qeyri-realist şərtləri qəbul etdirməyə çalışdığını bildirib. Tərəflər həmçinin Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü istiqamətində atılacaq addımları müzakirə ediblər. Burada ədalətli yanaşmanın və siyasi güzəştlərdən uzaq durmağın əhəmiyyəti vurğulanıb.

Finlandiya Prezidenti ilə söhbətdə isə ABŞ-ın sülh prosesində iştirakı və Tramp administrasiyasının qətiyyətinə ümid ifadə olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*