Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini uzaqmənzilli silahların istehsalı üçün istifadə etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Aİ liderlərinin Brüsseldə keçirilən sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Zelenski bildirib ki, Ukrayna Rusiyanın maliyyə dəstəyi ilə uzaqmənzilli silahlar istehsal etmək istəyir.
“Mən indi yeni bir şey açıqlayacam. Biz uzaqmənzilli raketlər istehsalını planlaşdırırıq.
Ancaq məsələ bu uzaqmənzilli silahların kütləvi istehsalı üçün necə əlavə maliyyə əldə etməkdir. Yeri gəlmişkən, Rusiya aktivlərinin məsələsi də bizim üçün çox vacibdir: Onlardan qismən yararlanmaq niyyətindəyik”, – Ukrayna prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
