“Hamımız istərdik ki, prezident Tramp Türkiyədəki görüşdə iştirak etsin”
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 15 mayda İstanbulda Rusiya ilə keçiriləcək mümkün görüş barədə danışıb və ABŞ-ın sabiq prezidenti Donald Trampın iştirakını dəstəklədiyini bildirib.
Zelenski “Telegram” hesabında paylaşdığı bəyanatda bunları qeyd edib:
“Mən prezident Trampın atəşkəslə bağlı ideyasını, tam və qeyd-şərtsiz atəşkəsin əldə olunması təklifini dəstəklədim. Bu atəşkəs o qədər uzunmüddətli olmalıdır ki, diplomatiya üçün baza yaransın. Biz bunu istəyirik və öz tərəfimizdən sükutu təmin etməyə hazırıq.
Mən həmçinin prezident Trampın Putinlə birbaşa danışıqlar təşəbbüsünü dəstəklədim. Açıq şəkildə bildirdim ki, görüşə hazıram. Mən Türkiyədə olacağam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar.
Və əlbəttə ki, biz – Ukraynada hamımız istərdik ki, prezident Tramp da bizimlə birlikdə həmin görüşdə olsun. Bu, düzgün ideyadır. Çox şeyi dəyişə bilərik. Prezident Ərdoğan bu görüşü ən yüksək səviyyədə təşkil edə bilər. Dəstək göstərən hər kəsə təşəkkür edirəm.”
Natiq Səlim,
KONKRET.az