“Zelenskidən xahiş etdim ki…” – Macarıstanın rusiyapərəst baş naziri Kiyevdən mühüm açıqlamalar verdibackend

“Zelenskidən xahiş etdim ki...” - Macarıstanın rusiyapərəst baş naziri Kiyevdən mühüm açıqlamalar verdi

Macarıstan silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra deyib.

“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik”, – deyə Orban bildirib .

Baş nazir həmçinin bildirib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir. Hökumət başçısı vurğulayıb ki, Avropada sülh bütün ölkələr üçün vacibdir və Macarıstan bu ilin ikinci yarısında Aİ Şurasına sədrliyi dövründə Ukrayna münaqişəsinin həllinə töhfə verəcək.

Orban vurğulayıb ki, Macarıstan ukraynalı qaçqınlara yardımı davam etdirəcək, Ukrayna iqtisadiyyatının modernləşdirilməsinə töhfə verməyə hazırdır və Aİ Şurasına sədrliyi dövründə Ukraynanı dəstəkləyəcək.

Orxan HƏSƏNLİ

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*