Zelenskinin xanımının gəlirləri AÇIQLANDIbackend

Zelenskinin xanımının gəlirləri AÇIQLANDI

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın “Kvartal 95” televiziya studiyasında maaşını açıqlayaraq gəlir bəyannaməsi yayımlayıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskaya ssenari müəllifi kimi bir ayda 80 min qrivna (4880 AZN), bir ildə isə 952,900 qrivna (təxminən 59 min AZN qazanır.

Əlavə olaraq, sənədə görə, Prezidentin yoldaşı əmlak kirayəsindən il ərzində 2.443.027 qrivna (təxminən 150 min AZN) gəlir əldə edib.

Qeyd edək ki, “Kvartal 95” televiziya studiyası filmlər, seriallar və yumoristik proqramlar istehsal edir. Studiyanı quran Zelenski Prezident seçildikdən sonra işdən çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*