“Zirə”nin Türkiyə toplanışı ləğv edildibackend

“Zirə”nin Türkiyə toplanışı ləğv edildi

Azərbaycanın “Zirə” futbol komandasının Türkiyə toplanışı ləğv edilib.

KONKRET.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVID-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. “Zirə” məşqlərini ölkə daxilində davam etdirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*