“Zirə” “Səbail”i məğlub etdibackend

"Zirə" "Səbail"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 

KONKRET.az xəbər verir ki, “Səbail” “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 46-cı dəqiqədə Davit Volkov başla topu rəqib qapısından keçirib.

54-cü dəqiqədə “Səbail”in hücumçusu Rauf Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini braziliyalı qapıçı Mateus Albino dəf edib. Əvəzində “Zirə”nin forvardı Ruslan Qurbanov 67-ci dəqiqədə penaltidən fərqlənməklə hesab arasındakı fərqi artırıb. 80-ci dəqiqədə Urfan Abbasov penaltidən yararlanaraq fərqi azaldıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu “Zirə” çempionatda ilk qələbəsini qazanıb və xallarını sayını 4-ə yüksəldib. “Səbail” isə iki turda xal qazana bilməyib.

Qeyd edək ki, turun ilk matçında “Sumqayıt” səfərdə “Neftçi”ni məğlub edib – 2:0. “Qarabağ” “Keşlə” ilə qolsuz heç-heçəyə razı olub. Tura sentyabrın 13 də keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*