Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə yeni təyinat olub.
KONKRET.az xəbər verir ki, müvafiq əmrlə bu posta Zümrüd Vəliyev təyinat alıb.
O, kollektivə təqdim edilib.
Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kollecin kollektivi iştirak edib.
Qeyd edək ki, Zümrüd Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb.
Z.Vəliyeva 2022-2024-cü illərdə “LANDAU School”da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib. (yeni sabah)
