Bizon Azərbaycan kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
KONKRET.az xəbər verir ki, növbəti 6 komanda 1/8 finala adlayıb.
“Sumqayıt” “Zaqatala”nı mübarizdən kənarlaşdırıb. “Şahdağ Qusar” “Şimal”, “Difai” isə “Xankəndi” səddini keçib.
29 oktyabr (çərşənbə)
14:00. “Şimal” – “Şahdağ Qusar” – 0:2
Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
14:00. “Xankəndi” – “Difai” – 1:2
Qollar: E.Quliyev, 45+2 – M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt” – 0:3
Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu
***
16:00. “Səbail” – “Şamaxı” – 0:1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”
19:00. “Neftçi” – MOİK – 6:2
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”
Qeyd edək ki, mərhələnin ilk oyun günündə “Kəpəz”, “İmişli”, “Karvan-Yevlax”, “Şəfa”, Baku Sportinq”, “Turan Tovuz” və “Sheki Siti” növbəti mərhələyə adlayıb.1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.
