103 yaşlı Nobel mükafatı laureatı vəfat etdibackend

103 yaşlı Nobel mükafatı laureatı vəfat etdi

Tanınmış fizik, Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki Yanq Çjenin 103 yaşında Pekində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çjenin 1922-ci ildə Çinin Hefey şəhərində anadan olub, sonradan təhsilini və akademik tədqiqatlarını davam etdirmək üçün ABŞ-yə köçüb.

Yanq Çjenin və Robert Mills tərəfindən hazırlanmış Yanq-Mills nəzəriyyəsi 20-ci əsr fizikasının ən mühüm nailiyyətlərindən biri hesab olunur.

O, 1957-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*