11 ayda 270 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb – DİNbackend

11 ayda 270 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - DİN

Cari ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb.

Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*