12 yaşlı qızına bıçaqla xəsarət yetirən ata SAXLANILDI / YENİLƏNİBbackend

12 yaşlı qızına bıçaqla xəsarət yetirən ata SAXLANILDI / YENİLƏNİB

Gəncədə bıçaqla qızına xəsarət yetirən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis idarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində az yaşlıya xəsarət yetirməkdə şübhəli bilinən onun atası İlham İsrafilov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etirilir.

***

Gəncədə həyat yoldaşı ilə dalaşan kişi qızına bıçaqla xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində baş verib.

Sözügedən ünvanda yaşayan İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.

Mübahisədən əsəbiləşən ər həyat yoldaşını bıçaqla  vurmaq istəyib. Bu zaman onun qarşısına 12 yaşlı qızı keçib.

Nəticədə İlham İsrafilov bıçaqla qızı – 2012-ci il təvəllüdlü Aysu İsrafillini vurub.12 yaşlı qız bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*