14 yaşlı yeniyetmə 8 nəfəri ÖLDÜRDÜbackend

14 yaşlı yeniyetmə 8 nəfəri ÖLDÜRDÜ

Meksikanın Mexiko ştatında təhlükəsizlik qüvvələri biri 14 yaşında olan iki gənci saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Meksika hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, onlar Çimaluakan şəhərində ailəvi tətil zamanı 8 nəfəri öldürməkdə ittiham olunurlar.

Polisin məlumatına görə, cinayət hadisəsi yanvar ayında baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb, daha 7 nəfər, o cümlədən 3 və 14 yaşlı uşaqlar yaralanıb.

Belə ki, aralarında 14 yaşlı yeniyetmənin də olduğu qatillər yanvarın 22-də motosikletlərlə Çimaluakan şəhərində insanlara atəş açıblar. Nəticədə 3 nəfər yerindəcə, daha 5 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Ötən ay keçirilən əməliyyat çərçivəsində qatillərdən başqa, dəstənin başçısı da daxil olmaqla daha 7 nəfər saxlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*