15-ci əsr Avropasının İÇ ÜZÜ: İldə bir dəfə çimmək, bədən qoxusu, siçan və pişiklərlə birgə yatmaq…. – Bəs sonra nə baş verdi? – İLGİNC FAKTLARbackend

15-ci əsr Avropasının İÇ ÜZÜ: İldə bir dəfə çimmək, bədən qoxusu, siçan və pişiklərlə birgə yatmaq.... - Bəs sonra nə baş verdi? - İLGİNC FAKTLAR

Bu gün inkişaf edən Avropa ölkələrinin keçmişi göründüyü qədər parlaq deyil. 1500-cü illərdə İngiltərə və digər Avropa ölkələrində insanların yaşayış səviyyəsi olduqca aşağı idi. Hətta bəzi tarixi faktlar o dövrdə Avropa cəmiyyətinin çirkab içində yaşadığını göstərir.

KONKRET.az xəbər verir ki, ən sadə gigiyenik normalar belə yerinə yetirilmir, bu isə müxtəlif xəstəliklərin yayılmasına və ölüm hallarının artmasına səbəb olurdu.

* İnsanlar ildə sadəcə bir dəfə, əsasən may ayında çimirdilər. İyun ayında keçirilən toylar da bununla əlaqədar idi. Lakin bədən qoxusunu gizlətmək üçün gəlinlər əllərində gül buketi daşıyırdı.
* Evlərdəki hamamlar böyük bir fıçıdan ibarət idi. Əvvəlcə evin kişisi, sonra oğulları, daha sonra qadınlar və uşaqlar eyni suda çimirdi. Axırda su o qədər çirkli olurdu ki, içində bir şeyi itirmək mümkün idi. “Don’t throw the baby out with the bathwater” (Körpəni də vanna suyu ilə birlikdə atma) ifadəsi də buradan gəlir.
* Ev damları qamışdan olurdu, yağış yağan zaman damdan içəriyə siçanlar, pişiklər, itlər və böcəklər düşə bilirdi. Bu səbəbdən yataqların üstünə parça asılırdı.
* Zənginlər taxta döşəməyə sahib idi, amma yer rütubət idi deyə sürüşkən olurdu, bu səbəbdən yerə saman sərilirdi. Qapının altına isə samanın bayıra tökülməməsi üçün taxta qoyulurdu , bu da “threshold” (eşik) anlayışını yaratmışdı.
* Yeməklər bir qazan içində bişirilirdi və günlərlə eyni yemək qaynayıb yeyilirdi. Bu da “Peas porridge hot, peas porridge cold…” kimi məşhur yanıltmacların yaranmasına səbəb olmuşdu.
* Donuz əti varlılıq əlaməti sayılırdı. Əti evin içinə asaraq qonaqlara göstərmək adət idi.
* Qalay və qurğuşun qarışığından olan qablar pomidor kimi turşulu qidalarla reaksiya verib zəhərlənmələrə səbəb olurdu. Bu səbəbdən pomidorun uzun müddət “zəhərli” olduğu düşünülürdü.
* Bir çox insan bərk boyat çörəkləri boşqab kimi istifadə edirdi, bu isə ağızda “trench mouth” adlı infeksiyaya yol açırdı.
* Qida zəhərlənməsi və içki səbəbilə huşunu itirən insanlar öldü hesab edilərək dəfnə hazırlanırdı. Ayılıb-ayılmadığını izləmək üçün “uyanma növbəsi” saxlanılırdı.
* Qəbir yerlərinin çatışmazlığı səbəbilə köhnə qəbirlər açılırdı və tabutlardan dırnaq izləri çıxırdı. Bu da diri-diri dəfn olunduqlarını göstərirdi.

Bəs bu qədər bərbad şəraitdə yaşayan Avropa necə inkişaf etdi?

Bu sual tarixə və bugünki inkişaf modellərinə ciddi şəkildə baxmağı tələb edir. Bir zamanlar epidemiya, gigiyena yoxluğu, informasiya qıtlığı və savadsızlıqla mübarizə aparan Avropa Sənaye İnqilabı ilə birlikdə təhsilə, texnologiyaya, hüquqa və idarəetməyə sərmayə yatırmağa başladı.

Əgər orta əsrlərdə bədənini ildə bir dəfə yuyan, küçələrə tualet tullantıları axıdan bir cəmiyyət bu gün dünyanın aparıcı ölkələrinə çevrilə bilibsə, bu dönüşüm necə baş verib?

Bu sual bizim üçün də bir “imtahandır”. Biz də tariximizi, mövcud potensialımızı və problemlərimizi doğru dəyərləndirməklə bu inkişaf yolunu seçə bilərikmi?

Tarix sadəcə keçmişin hekayəsi deyil, gələcəyin istiqamətidir.

Müşviq Tofiqoğlu, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*