“15 qəpiklə heç kim kasıblamaz” – Deputatdan bahalaşmaya reaksiyabackend

“15 qəpiklə heç kim kasıblamaz” - Deputatdan bahalaşmaya reaksiya

“Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz, amma dövlətin digər xərclərini ödəmək mümkündür”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir: “Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı, ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir”.

  • Hamlet
    Sentyabr 15, 2021 - 23:08

    15 qəpiylə heç kim kasıblamaz düzdü , ama bir onu da düşünün ki sizin və sizin kimiləri , və övladlarınız 1 gün içində xərclədiyi mənimsədiyi pulu ,millət əziyyət çəkə çəkə qazana bilmir. , , Milyarlara sahiblənmisiz neft lə qazla rüşvətlə , bu ölkənin bünü nazı neyməti , millətə xalqa xərclənsəydi iş yerləriylə təmin olunsaydı , millət də yaxşı yaşıyardı , bir ölkədə ki hər şey baha , başda nazirlər deputaflar olmağla nə ki qəddar dinsiz imansız insanlar ki var hamsıı sizin kimi , allah o dünyanızı qaraltsın ,inşəAllah

  • Rahim
    Sentyabr 15, 2021 - 23:15

    Əgər Deputat təyin edilməyib, seçilsəydi belə XALQA zidd, rövnəqin xeyrinə danılmazdır.

  • Ülkər
    Sentyabr 16, 2021 - 03:47

    Xüsusən də siz vabse kasıblamazsiz.İllerdi insanları kasiblamaz deyə deyə sömurduz.. qiymət qalxanda su emele gelir ??? Ya quraqlıq yoxa çıxır ?? Bütün ölkələr ne ise edir iqlim dəyişikliyi ilə bağlı bizde ancaq qiymət qaldirlir

Hamlet üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*