150-dən çox bağçada müdir yeri boşdur.
KONKRET.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək:
“Hesab edirik ki, bu yay həmin imtahan keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq”.