17 min manatlıq lazer aparatını 900 manata satıblarbackend

17 min manatlıq lazer aparatını 900 manata satıblar

Zabratda gözəllik salonundan 17 min manat dəyərində lazer aparatı oğurlayan şəxslər saxlanılıb.

KONKRET.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıb.

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*