18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlandı – RƏSMİbackend

18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlandı – RƏSMİ

2021-ci ildə 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir.

“Vətəndaşın məlumatı olmadan belə onun pensiyası yenidən hesablanaraq şəxsin müvafiq kart hesabına köçürülüb. Həmin şəxs vəfat etmiş olsa belə əskik yenidən hesablamadan sonra sözügedən məbləğ onun vərəsələrinə ödənilir”, – deyə o bildirib.

  • Namiq
    Yanvar 21, 2022 - 13:31

    Bu cür hallara yol vermiş neçə nəfər cəzalandırılıb?? ƏƏSMN-də ancaq pensiya artımlarının qarşısını almağa çalışırlar. Əskik hesablamalara görə yəqin mükafat düşür

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*