18 yaşlı qızın qətlində şübhəli bilinən şəxsə 12 ekspertiza təyin edildibackend

18 yaşlı qızın qətlində şübhəli bilinən şəxsə 12 ekspertiza təyin edildi

İstintaq Komitəsi Luqanskda “Panorama” barının yaxınlığında 18 yaşlı qızın qətli ilə bağlı 12 ekspertiza təyin edib. Bu faciədən bir neçə gün əvvəl Vladimir Putinin əlindən “Qızıl Ulduz” medalını alan Rusiya Qəhrəmanı, polkovnik-leytenant İrek Maqasumov qətli dansa da, həmkarı etiraf edib, lakin müstəntiqlər onun günahkar olduğuna inanmırlar.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, İstintaq Komitəsi Rusiya Qəhrəmanı, polkovnik-leytenant, 74-cü əlahiddə motoatıcı briqada komandirinin müavini İrek Maqasumovun işi üzrə 12 ekspertizanı təyin edib.

Maqasumov Luqanskda barların birinin yaxınlığında 18 yaşlı qızın güllələnməsində ittiham edilir. Təyin olunan müayinələr arasında tibbi-məhkəmə, ballistik və psixoloji-psixiatrik müayinələr də var. Mütəxəssislər polkovnik-leytenantın və həmkarının paltarında barıt izlərinin olub-olmadığını yoxlayır. Həmçinin, şübhəlilər və şahidlər psixiatr müayinəsindən keçəcəklər.

Qeyd edək ki, noyabrın 10-da Rostov-na-Don Cənub Dairə Hərbi Məhkəməsi Maqasumovun həbsi barədə qərarı qüvvədə saxlayıb. Məhkəmə müdafiə tərəfinin onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.

Avqustun 2-də Vladimir Putin Kremlin Yekaterina zalında Ukraynada xüsusi hərbi əməliyyat zamanı fərqlənən hərbçilərə dövlət mükafatlarını təqdim edib. Həmin gün Moskvada təltif olunanlar arasında Maqasumov da var idi: o, Rusiya Qəhrəmanı Qızıl Ulduz medalı ilə təltif edilib.

Əslində nə baş verib?

Polkovnik-leytenant oktyabrın 11-də Luqanskdakı “Panorama” barında həmkarları ilə tanış olduğu qızı qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib. Faciə düz iki ay əvvəl, avqustun 11-də baş verib. Barda hərbçiləri iki qız qarşılayıb. Kuzbassda yerləşən 74-cü Əlahiddə Qvardiya Motoatıcı Briqadasından baş leytenant Pavel Yaskeviç və polkovnik-leytenant İrek Maqasumov qızlarla küçəyə çıxıblar. Bir müddət sonra güllə səsi eşidilib.

Maqasumovun vəkili təkid edir ki, polkovnik-leytenant mərhumun, ümumiyyətlə, yanında olmayıb: guya hadisədən bir neçə dəqiqə əvvəl həmkarı ona zəng edərək kömək istəyib. Maqasumov Yaskeviçin yanına gedərkən onu qızlarla görüb. Yaskeviç qızlardan birinə atəş açıb və hadisə yerini tərk edib. Qız aldığı yaradan dünyasını dəyişib. Yaskeviç etiraf yazıb, lakin istintaq Maqasumovun günahkar olduğunu hesab edir.

İstintaq versiyası

Müstəntiqlər hesab edirlər ki, bayramdan sonra qızlardan biri zabitdən tapançası ilə butulkaları vurmağa icazə verməsini istəyib və bu, sonda mübahisə ilə nəticələnib. Onların versiyasına görə, Maqasumov qızın ünsiyyət tərzindən narazı qalıb, sonra ona atəş açıb və qaçıb. Güllə qurbanın aortasını deşib və o, daxili qanaxmadan ölüb.

Qəzetin istintaqa yaxın mənbəsinin sözlərinə görə, əməliyyatçılar Yaskeviçin qohumu ilə telefon danışığına qulaq asdıqları üçün onun günahkar olduğuna inanmayıblar. Əsaslandırılmış ehtimala görə, o, bir qızın qətlini öz üzərinə götürüb.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*