2 ildə 11 tətil – Həkimlər başqa ölkələrdə işləmək istəyirlərbackend

2 ildə 11 tətil - Həkimlər başqa ölkələrdə işləmək istəyirlər

Koronavirus epidemiyası zamanı Avropada başlayan səhiyyə böhranı getdikcə böyüyür. İngiltərədə ümumi praktikantlar son 2 ildə 11-ci dəfə tətilə çıxıblar.

KONKRET.az xəbər verir ki, səhiyyə işçiləri, təcrübəli həkimlər daha çox pul ödəyən ölkələrə getmək istəyir.

Böyük Britaniya Tibb Assosiasiyasının üzvü olan həkimlər iyulun 2-dək davam edəcək tətilin ilk günündə Baş nazirin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsinin girişində etiraz aksiyası keçiriblər.

İngiltere'de pratisyen hekimler 11. kez grevde! Doktorlar başka ülkelerde çalışmak istiyor - 1. Resim

Hökumət onların tələblərini hələ ki, yerinə yetirməyib. Praktikantların nümayəndələri ilə də hər hansı bir görüş olmayıb. Komitə 2008-ci ilin şərtlərinə qayıtmaq üçün maaşların 35 faiz tənzimlənməsinin və yeni kadrların qəbulunun zəruri olduğunu vurğulayıb.

Ümumi Təcrübəli Həkimlər Komitəsinin həmsədri Robert Laurenson deyib ki, son 15 ildəki inflyasiya, dövlət xərclərinin dayandırılması və həkimlərə yeni müqavilələrin təklifi bu sahədə problemləri daha da qabardıb.

COVID-19, üstəgəl İngiltərədəki yaşayış böhranı həkimlərin həyatını daha da çətinləşdirib. Robert Laurenson deyib ki, “Çox uzun müddət səbir göstərdik. Yaxşı niyyət göstərdik, gözlədik, amma bütün yaxşı niyyətlər qarşılıqsız qaldı”.

İngiltere'de pratisyen hekimler 11. kez grevde! Doktorlar başka ülkelerde çalışmak istiyor - 2. Resim

Laurenson bildirib ki, iş şəraiti də çətinləşib, səhiyyə müəssisələrindəki istirahət otaqları və çağırışlı həkim otaqları ofisə çevrilib, həkimlər istirahət edə bilmirlər.

“İngiltərədə bir sağlamlıq mərkəzinin həkimi illik 60 minlə 90 min funt sterlinq maaş alırsa, Kanadada bu, daha çoxdur. Avstraliyada ildə 250 min funt-sterlinqlə İngiltərədəki həkimlərdən 2-3 qat artıq maaş alırlar. Bu, səhiyyə sektorunun beynəlxalq miqyasda çox rəqabətli olmasından irəli gəlir. Həkimlər xüsusilə bu ölkələrə getmək istəyirlər”.

İngiltere'de pratisyen hekimler 11. kez grevde! Doktorlar başka ülkelerde çalışmak istiyor - 3. Resim

Laurenson ölkədə 4 iyulda keçiriləcək ümumi seçkilərdən sonra növbəti hökumətlə danışıqlar aparmaq və maaşların tənzimlənməsinə aparan bir prosesi başlatmaq istədiklərini deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*