2 nəfərin qətlində təqsirli bilinən şəxs ömürlük azadlıqdan məhrum edildibackend

2 nəfərin qətlində təqsirli bilinən şəxs ömürlük azadlıqdan məhrum edildi

Bakıda 2 nəfərin qətlində təqsirli bilinən 3 nəfərə – Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevə hökm oxunub.

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökümə əsasən, Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20, Ramin İsayev isə 5 il müddətinə azadqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror Fariz Rzayev Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*