2 yaşlı uşaq qaynar qazana düşdü – Ehtiyatsızlıqbackend

2 yaşlı uşaq qaynar qazana düşdü - Ehtiyatsızlıq

Konkret.az-ın şimal müxbiri xəbər verir ki, bir neçə saat bundan əvvəl Siyəzən rayonunun Məsrif kəndində nəzarətsiz qalan 2 yaşlı uşaq qaynar şor qazanına düşüb. Körpə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 2017-ci il təvəllüdlü Əsədov Ülkay Mühəddin oğluna tibb müəssisəsində bədənin 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur.

C.FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*