Nazir müjdəni verdi, “hamı görəcək” dedi – Bizi nələr gözləyir?backend

Nazir müjdəni verdi, “hamı görəcək” dedi – Bizi nələr gözləyir?

Maliyyə naziri Sahil Babayev 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacağını açıqlayıb.

Sitat: “Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan layihələr yekun variantda dövlət başçısına təqdim olunduqdan və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin aidiyyəti maddələr üzrə bölüşdürülməsi həyata keçiriləcək və bu rəqəmləri hamımız görə biləcəyik”.

2027-ci ildə nəzərdə tutulan böyük sosial paketin əsas istiqamətləri nələr ola bilər? Sosial paketin çərçivəsində pensiya, müavinət və əməkhaqlarında artımlar gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib ki, sosial paketlər dedikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial infrastrukturun formalaşdırılması və bu sahədə proqramların maliyyələşdirilməsi başa düşülür:

“Ehtiyat fondu isə dövlət büdcəsində, xüsusilə Prezidentin ehtiyat fondu şəklində nəzərdə tutulur. Cari dövrdə ölkə başçısının müvafiq sərəncamları əsasında bu fonddan vəsait ayrılır. Həmçinin hər ilin altı aylıq yekunları üzrə Milli Məclisdə keçirilən müzakirələrdən sonra vəziyyət imkan verdiyi təqdirdə büdcənin xərc maddələrinə əlavə və dəyişikliklər edilə bilər”.

İqtisadçı bildirib ki, son dövrlərdə hökumət nümayəndələrinin açıqladığı istiqamətlərə görə, 2027-ci ildə əmək pensiyalarının, o cümlədən əlilliyə, hərbi xidmətə görə təyin olunan pensiyaların indeksasiyası və artırılması gözlənilir:

“Bununla yanaşı, ailə tərkibində dəyişikliklər, uşaqların dünyaya gəlməsi, eləcə də vəfat halları ilə bağlı məsələlərdə də müəyyən dəstək tədbirlərinin həyata keçirilməsi ehtimal olunur. Bütün bunlar gələcəkdə hansı istiqamətlər üzrə sosial dəstəyin göstərilə biləcəyi barədə müəyyən təsəvvür yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*