Hələ ötən ilin sonlarından etibarən müxtəlif elm sahələri 2025-lə bağlı proqnozlar verir. İqtisadi, siyasi sahədən tutmuş, astrologiyaya qədər insanlar onları nələrin gözlədiyindən xəbərdar olmaq istəyir.
KONKRET.az xəbər verir ki, azərbaycanlı astroloq Səbuhi Rəhimli də özünün yutub kanalında bürcləri bu il nələrin gözlədiyindən söz açıb.
Odur ki, 4 bürc üçün astroloqun çıxışını təqdim edirik:
Şir
Qarşılamaqda olduğunuz ilan ili başdan-ayağa sizin üçün rəqabətli keçəcək. Onsuz da Şir bürcü rəqabətsiz yaşaya bilmir. Fəaliyyət göstərdiyiniz bütün sahələrdə, xüsusən biznes istiqamətində saysız maneələrlə üzləşə bilərsiniz. Amma tərəddüd etməyə dəyməz. Çünki öz gücünüzə inandığınız üçün ağıllı və taktiki gedişlərlə bağlı qapıları açmağa müvəffəq olacaqsınız. Yanvarda bəzi məğlubiyyətləriniz gözlənilsə də, növbəti 11 ayda üstünlük sizin tərəfinizdə olacaq. Astroloji göstəriciər karyerada böyük nüfuz qazanacağınıza da ümid edir. Bu, əsasən mart ayının 2-ci yarısından etibarən starta götürəcək. Vəzifədə yüksəlişə yetişməklə ilan ilindən razı qalacaqsınız. İlboyu ləyaqətli və təmiz dostlarınızın sayı durmadan artacaq ki, bu da prinsipial planlarınızın gerçəkləşməsində əhəmiyyətli rol oyanayacaq. Düzdür, bəzi rəqibləriniz dostluq tellərinizi qırmağa, münasibətləri korlamağa çalışacaq, amma bunun qarşısını almaq mümkün olacaq. Çünki sizin belə bir qüdrətiniz var.
Aprelə qədər maddi çətinlikləriniz hökm sürsə də, sonrakı müddətdə ağlınıza gətirmədiyiniz istiqamətlərdə qazanc əldə edə bilərsiniz. Lakin təmənnasız maliyyə dəstəyinə razı olmamalısınız. Əks təqdirdə nüfuzunuza xələl gələ bilər. Yəni pulla sizi oyuna sala bilərlər.
Yay ayları ailə sevgi münasibətlərinin məcrasına düşməsi üçün önəmli ərəfədir. Toy üçün isə payızı gözləməyə ehtiyac yoxdur. İmkan düşən kimi evlilik həyatına başlamaq olar. Tibbi astrologiyaya görə bu il daxili orqanlarınıza xüsusi diqqət yetirməlisiniz. Əsasən də mədə və qaraciyər. Bu baxımdan qida və yuxu rejiminizi də qaydasına salmağınız vacibdir.
Qız
Astroloji təyinatlara görə, aid olduğunuz zodiak ilanın gəlişini hamıdan çox gözləyir. Həm də ilin aparıcı planeti merkuridir. Əkizlər və qız bürcləri ilin ən şanslı və ən enerjili bürcləri olacaq. Bu isə qarşınıza qoyduğunuz öhdəliklərin tam reallaşmamasından daha çox irəli gəlir. Qərarınız düzgündür, çünki 2025 taleyinizdə olduqca maraqlı və əsararəngiz iz qoyacaq.
Yanvarın ikinci yarısından artan aktivliyiniz həyatın bütün sahələrini əhatə edəcək. Sadəcə olaraq ictimai-siyasi burulğanlarda daxili sabitliyinizi qorumalısınız. Tutaq ki, devalvasiya və ya siyasi hadisələr olanda daxili sabitliyinizi qorusanız, bu ili ömrünüzün ahıl çağlarına qədər fərəhlə xatırlayacaqsız. Yadda saxlayın ki, tanrıya yaxın bürc olduğunuzdan ilan illərində mistik meyarlardan uzaq olmalısınız. Falçı, cadugər, medium və s. müraciət etmək haqqında qətiyyən düşünməyin. Sizin auranızı zədələyən, şeytana xidmət edən adamlardan uzaq olun. İlin soyuq aylarında yanvar-fevral, dekabrda soyuyan sevgi münasibətləriniz ilin isti fəsillərində dirçəlməyə başlayacaq. Ailə qurmaq üçün də ideal vaxtdır. Amma bu il xırdaca səhlənkarlığınız sizi sevdiyiniz şəxslə də ayıra bilər. Bu amilə daha ciddi yanaşmalısınız. Belə olanda üçüncü şəxslərin münasibətlərinizə müdaxilə etməsinə icazə verməyin. İş yerinizi dəyişmək ehtimal olunsa da, bu, yalnız yüksəlişinizə xidmət edəcək. Fəaliyyətlə bağlı saysız uğurlarınız ilin ortalarında sizi məşhurlaşdıra bilər. Büdcənizin durumu apreldən sonra daha da yaxşılaşacaq.
Tərəzi
Bürcünüzün xarakterindəki romantiklik ilan ilində sizə böyük dəstək verəcək. Haqqında pis fikirdə olduğunuz adamların əksəriyyətinə qarşı münasibətiniz dəyişəcək.
Martın sonlarına qədər fəaliyyətinizdə geniş imkanlar, səmərəli gedişlər baş verəcək ki, bu da növbəti dövr üçün öz bəhrəsini verəcək. Ailə üzvlərinizlə aranızda yaranmış gərginliyi yoluna qoymağın məsuliyyəti sizin üzərinizə düşdüyündən mövcud anlaşmazlıqları da özünüz həll etməlisiniz. Kiminsə sizə güzəştə gedəcəyini düşünməyin. Təravətli baharda eşqə düşəcəyinizdən xəbər verən göy qübbəsi subayların buna hazır olmasını tövsiyə edir. Məhəbətdə cəsarətli olmaqla bütün maneələri asanlıqla dəf edə bilərsiniz. Tək sevgidə yox, hər bir məsələdə cəsarətli olmaq lazımdır. Toy, nişan və s. xeyir işlər üçün fevral və noyabr ayları uğurlu deyil. İlin qalan 10 ayı bu istiqamətdə çox uğurludur. Mayın əvvəllərində təsadüfi bir adam işlə bağlı sizə böyük dəstək verəcək.
Göstərilən ərəfələrdə digərləri tərəfindən aldadılma ehtimalınız da var. Qarşınıza çıxan adamın sizi xilas edəcək adam olub-olmadığını dəqiqləşdirmək sizin müşahidə qabiliyyətinizdən asılıdır. Yay aylarında kiməsə borc versəniz, onu geri ala bilməyəcəksiniz. Hətta bunu mümkünləşdirsəniz belə, arada itirdiyiniz vaxt sizi üzəcək. Oktyabr-noyabr aylarında daxili orqanlarınızda nasazlıqlar baş verə bilər. Bunu nəzərə alıb müalicə almağınıza ehtiyac var. Qalan ərəfədə isə sağlamlığınız qaydasında olacaq.
Təəssüf ki, 2025 həm də yaxın dostlarınızın azalması ilə yadda qalacaq. Bunun əvəzində daha etibarlı tərəf müqabilləri qazanacaqsınız. Ətrafınızda olan yalançılardan uzaqlaşmağınız işlərinizi xeyli asanlaşdıracaq. Maliyyə imkanlarınız ilin birinci yarısında qənaətbəxş olmasa da, sonrakı 6 ayda şəxsi büdcəniz ağlagəlməz səviyyədə artacaq. Ümumiyyətlə, tərəzilər bu il varlanacaq bürclərdən biridir.
Əqrəb
Əqrəblə ilanın eyni nəsildən olmasını nəzərə alsaq, bu iki “zəhərli varlığ”ın bir-biri ilə mehriban davranacağını təyin edə bilərik. 2025-ci ilin özəlliklərinə gəlincə ilk növbədə yadda saxlamalısınız ki, bu ərəfə taleyinizin həlledici məqamına çevriləcək. Həsrətlə gözlədiyiniz görüşlər öz reallığını tapacaq. Məsul şəxslərdən bir neçə nəfər köməyinizə yetəcək. Amma il ərzində xarakterinizə xas olan çılğınlıq və neqativ emosiyalardan uzaqlaşmağınız da tələb olunur. Ulduzlar ilboyu sağlamlığınızı qorumağınızı məsləhət görür. Əsəblərinizi cilovlamaqla gərgin situasiyalardan qurtula bilərsiniz. 23 iyuldan 22 avqusta qədər daha ehtiyatlı olmağınız lazım gələcək. Yayda nə qədər çox istirahət etsəniz, bir o qədər sağlam olarsınız. Yalnız dekabrın 1-ci yarısında xırda uğursuzluqlarınız ola bilər. Köhnə dostlarla münasibətləri pozmayın. Mübarizə meydanında zəiflik göstərməsəniz, ağıllı risk etməyi bacarsanız, karyera və biznesdə zirvələrə ucalacaqsınız. İlan bu il sizi evləndirməyə çalışacaq. Xüsusən də nişanlı olanlar bu istiqamətdə hazırlaşmalıdırlar. (Ölkə.Az)