Bakıdakı ABŞ səfirliyi bağlanırbackend

Bakıdakı ABŞ səfirliyi bağlanır

ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü münasibətilə noyabrın 26 və 27-də bağlı olacaq.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi açıqlama yayıb.

“Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!” – deyə səfirliyin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyinə Emi Karlon müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. O, 2025-ci il iyunun 23-də səfirliyin missiya rəhbərinin müavini vəzifəsinə başlayıb. İyulun 3-də isə səfirlik onun müvəqqəti işlər vəkili təyin olunduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*