Xəbər verdiyimiz kimi, dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev həlak olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb.
Bildirilib ki, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.
Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə sürücü tez avtomobildən çıxarılıb. Lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib./qafqazinfo
Qəza yerindən görüntüləri təqdim edirik: