Bu da Mir Şahinin vəd etdiyi cavab: ad çəkmədi – Videobackend

Bu da Mir Şahinin vəd etdiyi cavab: ad çəkmədi - Video

Ötən gün ReAL TV-nin sahibi Mir Şahin Ağayev vəd etdiyi cavabı müəllifi olduğu proqramda təqdim edib.

KONKRET.az xəbər verir ki, 9 oktyabrda sosial şəbəkə hesabındakı paylaşımında təxmin ediləndən fərqli olaraq, Mir Şahin işarə etdiyi şəxsləri konkretləşdirməyib, yalnız 2003-cü il 16 oktyabr hadisələrinə işıq tutub. Həmin dövrü xatırladıb, polisin zorakılıq tətbiq etdiyini vurğulayanlara aksiyaçıların aqressivliyini xatırladıb.

Qeyd edək ki, əməkdar artist Cabir İmanov vəfat etdikdən sonra onun DİN sıralarında xidmət etməsi, o cümlədən 16 oktyabrda saxlanılanlara zor tətbiq etməsi barədə məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*