23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib”backend

23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib

Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəəbr verir ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.

Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.

“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*