“28 May” metrosunun yaxınlığındakı köşk götürüldübackend

"28 May" metrosunun yaxınlığındakı köşk götürüldü

Bakının “28 May” metrostansiyasının qarşısındakı ərazidə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanında qanunsuz qoyulan köşk götürülüb.

Bu barədə KONKRET.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Məlumata əsasən, araşdırma nəticəsində sözügedən köşkün əraziyə qanunsuz quraşdırıldığı məlum olub:

“Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturu ötən gün qanunsuz yerləşdirilən köşkü ərazidən götürüb”.

Qeyd edək ki, “Bakı Dəmiryol Vağzalı” və “28 May” metrostansiyasının qarşısındakı ərazidə abadlıq-quruculuq işləri aparılan zaman yığışdırılan köşkün ötən gün yenidən yerləşdirildiyi məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*