Bakıda “tıxac vergisi” ödəniləcəkbackend

Bakıda "tıxac vergisi" ödəniləcək

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bəs bu qərarın sürücülər üçün hansı üstünlükləri və çətinlikləri olacaq?

KONKRET.az xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, ödənişli zonaların yaradılması gözlənilən addımdır:

“Bu, dünya təcrübəsində də mövcuddur və bəzən “tıxac vergisi” adlanır. Yəni bəzi ərazilərə giriş-çıxış məhdudlaşdırılacaq və həmin yerlərə daxil olmaq ödənişli olacaq. Bu addım sıxlığın, tıxacların azalmasına və insanların daha rahat hərəkət etməsinə xidmət edir”.

Qeyd edək ki, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və həmin zonalara daxil olma haqqının məbləği ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

  • Ramin
    Sentyabr 26, 2025 - 01:48

    Super qərardir. Hara gedirsən masin cixir qabagina. İndi pul vermeyin derdinden coxlari masinla yerli yersiz cixmaz sehere

  • Ramin
    Sentyabr 26, 2025 - 01:50

    Baki seheri Bineqedi rayonu Ceyhun Hacibeyli kucesi bina 64 qezali veziyyetdedir. Xahis edirem bu binani sökub yerinde park salsinlar. Bezdik burada yasamaqdan.

  • Səbuhi
    Sentyabr 27, 2025 - 08:42

    O zaman tıxacda qalanlara kompensasiya ödəsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*