Qurban bayramı tətilində şəhərlərarası avtobuslarda 3 min polis gizli sərnişin kimi xidmət edəcək.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu tədbir Türkiyənin Daxili İşlər Nazirliyinin bayram günlərində yol hərəkətinə nəzarəti gücləndirmək məqsədilə həyata keçiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Zafər Aydın bildirib ki, bu polis əməkdaşları sərnişin kimi avtobuslara minərək sürücülərin qayda pozuntularını müşahidə edəcək. Qaydaların pozulması halında sürücü ilə yanaşı onu yoxlamalı olan digər nəzarətçilərə qarşı da tədbir görüləcək. Bayram müddətində 17 min 645 yol polisi, 1485 sürətölçən cihaz, 62 avtomatik müşahidə sistemi, 37 rayonda helikopter, 81 rayonda isə pilotsuz uçuş aparatları ilə müşahidə aparılacaq. Bu il ilk dəfə olaraq avtobus terminallarında da yoxlamalar keçiriləcək.
Zafər Aydın əlavə edib ki, bayram günlərində qırmızı işıq, təhlükəsizlik kəməri və mobil telefonla danışıq kimi qayda pozuntuları da xüsusi sistemlərlə izləniləcək. Həmçinin, elektron nəzarət sistemi vasitəsilə bütün avtobusların marşrutları və dayanacaqları real vaxt rejimində izlənəcək.
Mən iş adamı olmuşam.indi polislərin sayəsində müflis olmuşam.Nesimi rayon prokuroru mənim evimə tanış bir qadının əli ilə evimə erməni,qadın alvercisini Kvartirant yerləşdirib.sonradan bildikdə qadın evimdən qaçdı.Oyrendim ki,bunu Nəsimi rayon prokuroru edib.İsin üstü açılmasın deyə prokrorluqa gedəndə mənə zorla uksus içirdilər.Amma ölmədim.saq qaldım.6 ay aqir xəstə yatdım.5 əməliyyat keçirtdim.bu işin üstü ört basdır olundu.cunki Baş prokurorun müavini Elçin Məmmədov Həsən Henifeyevin bacanaqidi
Bəs sizin purokrorla münasibətiniz hardandı?
Siz onun necə və Hardan Tanıyırsınız